“Laçın avqust və ya sentyabrda Azərbaycana veriləcək”

saytların hazırlanması

Evə çatdırılma

“Laçın avqust və ya sentyabrda Azərbaycana veriləcək”

Rəsmi

04 İyul 2022 20:51 2676


Laçın iyulun 1-də deyilsə, avqust və ya sentyabrda Azərbaycana veriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə media eksperti Nairi Oxikyan öz Facebook səhifəsində yazıb.

“Laçının Azərbaycana veriləcəyini aydın başa düşməliyik. Bu, iyulun 1-də olmadı, amma avqust və ya sentyabrda, bəlkə də bir neçə aydan sonra olacaq, amma olacaq, çünki biz ermənilər əlimizdə olanlar uğrunda vuruşmaq istəmirik. Marqarita pizza

Biz axşamlar İrəvanın Şimal prospekti ilə gəzib yüksək dəyərlərdən danışmağa, gözəl yerlərə getməyə və vətənimiz haqqında danışmağa üstünlük veririk, lakin bu vətən naminə heç vaxt kiçik bir şeyi qurban verməyə cəsarət etməyəcəyik”, - deyə Oxikyan bildirib.

O, müharibədən sonra mübarizəni davam etdirənləri ironiya ilə “beyinsiz vətənpərvərlər” adlandıranlara da irad tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!