Laçın dəhlizi bağlandı: ABŞ rəsmiləri Asryanla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Laçın dəhlizi bağlandı: ABŞ rəsmiləri Asryanla görüşdü

Rəsmi

31 Avqust 2022 22:40 1381


Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryan ABŞ-ın bu ölkədəki səfirinin müavini Çip Leytinent ilə bu gün görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Bildirilib ki, görüşdə ABŞ səfirliyinin hərbi attaşesi Qriqor Payps da iştirak edib. Toyuqlu pizza

“Amerika tərəfinin xahişi əsasında Asryan operativ vəziyyət, o cümlədən Azərbaycan-Ermənistan sərhədindəki son proseslər, Laçın dəhlizi və Qarabağ haqda məlumat təqdim edib”, - xəbərdə bildirilib.

Tərəflər həmçinin hərbi tibb, sülhməramlı və hərbi təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, ötən gün saat 20:00-dan etibarən Laçın dəhlizi tam bağlanıb. Ermənilərin Xankəndiyə firiş-çıxışı isə yeni yola keçirilib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!