Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında verilən məlumata görə, Rusiya sülhməramlı kontingentinin hərbçiləri bir həftə ərzində Laçın dəhlizi boyunca Dağlıq Qarabağa gedən və geri dönən 2 mindən çox nəqliyyat vasitəsinin təhlükəsizliyini təmin ediblər.
Yenisabah.az xəbər verir ki, Nazirliyin məlumatında deyilir: "Rusiya sülhməramlıları tərəflərin demarkasiya xəttində atəşkəsə riayət olunmasına nəzarət etmək və Laçın dəhlizi boyunca nəqliyyatın, ərzaq və müxtəlif malların təhlükəsizliyini təmin etmək üçün tapşırıqları yerinə yetirməkdə davam edir".
Son bir həftə ərzində sülhməramlı kontingentin məsuliyyət bölgəsində heç bir atəşkəs pozuntusunun, rus hərbçilərinə qarşı heç bir təxribat hərəkəti qeydə alınmadığı qeyd olunur. “Hər gün iki yüzdən çox maşın keçid məntəqəmizdən iki istiqamətdə keçir. Eyni zamanda, hər bir avtomobil yoxlama prosedurundan keçir və sürücü və sərnişin şəxsiyyət sənədlərini təqdim edir”, - Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Leonid Stepanovun sözləri sitat gətirilir. Sezar pizza
Telegram kanalımız