“Laçın dəhlizindən daxil olan yük maşınlarına birbaşa yoxlama və ya müdaxilə edə bilmərik”   - Azərbaycanlı ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Laçın dəhlizindən daxil olan yük maşınlarına birbaşa yoxlama və ya müdaxilə edə bilmərik” - Azərbaycanlı ekspert

Rəsmi

13 Sentyabr 2021 22:37 19611


“Ermənistan milli təhlükəsizlik xidmətinin direktorunu, baş prokuroru, habelə respublikanın xarici işlər nazirliyi və müdafiə nazirliyinin nümayəndələrini aydinlaşdırmaq üçün parlamentə çağırmaq ehtimalini istisna etmirik”.

Yenisabah.az Ermənistan KİV-nə stinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan 13 sentyabr iclasında müxalif "Ermənistan" blokunun parlament fraksiyasının katibi Artsvik Minasyanın müvafiq təklifini cavablandırarkən deyib.

Minasyanın fikrincə, Azərbaycan Qafan-Gorus yolunda Azərbaycana aid hissədə postlar qurarar İrandan gələn yük maşınlarını yoxlamaqla cinayət işlədiblər. pizza hut

Bu mövzuda Bizimyol.info saytına danışan Milli Məclisin deputatı, professor Rüfət Quliyev hesab edir ki, Gorus-Qafan yolunda Azərbaycana aid hissədə postların qurulması heç bir şəkildə cinayət əməli hesab edilə bilməz.

“Azərbaycan qalib ölkədir və Ermənistan post-müharibə dövründə normal münasibətlər gözləyirsə, burda şərtləri qalib tərəf – Azərbaycan diktə edəcək. Dünyanın hər yerində belədir. Lakin biz beynəlxalq hüququ da gözləyirik. Yəni, Ermənistandan beynəlxalq hüquqa zidd olan nəsə tələb etmirik, hansısa beynəlxalq hüquq normasını pozmuruq. Düşünürəm ki, Qafan-Gorus yolundan keçən yük maşınlarının yoxlanılması tamamilə haqlı, qanuni və Azərbaycanın suveren hüquqları çərçivəsində atılmış addımdır”, - deyə deputat bildirib.

Deputat vurğulayıb ki, müharibədən sonra davamlı şəkildə təxribatlara əl atan Ermənistan tərəfi birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımalı və Qarabağdakı təxribatlara son verməlidir: “Bura müxtəlif ölkələrə aid yük maşınlarının Qarabağ ərazisinə qanunsuz səfəri də daxildir. Biz bilmirik ki, o maşınlarda nə var. Bəlkə, quldur dəstələrinə silah daşıyırlar? Ona görə də, Azərbaycan nəzarəti mümkün qədər artırmağa qərar verib”.

Onun sözlərinə görə, zamanla, sülhməramlılar da bu istiqamətdə Azərbaycanın tələbləri əsasında nöqsanları aradan qaldıracaqlar: “Yüksək səviyyədə danışıqlar gedir, Azərbaycan da öz mövqeyini bu və digər tərəflərə bildirib. İnanıram ki, zamanla bu problem də həllini tapacaq”.

Hərbi ekspert Elxan Şıxəliyevin fikrincə, Azərbaycan tərəfi Laçın dəhlizindən daxil olan yük maşınlarına birbaşa yoxlama və ya digər müdaxilə tətbiq edə bilməz: “Həmin ərazilər üçtərəfli bəyanata görə, sülhməramlıların nəzarətindədir. Onların nəzərinə çatdırılıb ki, bu halların təkrarlanmasının qarşısı alınsın. Gorus-Qafan yolu isə bizim ərazilərdən keçdiyinə görə, Azərbaycanın sərhəd qulluqçuları həmin ərazilərdə şübhəli gələn istənilən avtomobil və ya yük maşınını saxlayaraq yoxlaya bilərlər. Həmin yolun 11 kilometri bizim nəzarətimizdədir, ora hüquq mühafizə orqanlarımızın postları qoyulub. Beynəlxalq yükdaşımalarda hüquq nədirsə, hər şeyin də ona uyğun həyata keçirildiyini hesab edirəm. Ermənistan tərəfinin narazılıq etməsi isə heç bir məntiqlə və beynəlxalq hüquqla izah olunmur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!