Laçın dəhlizindən Qarabağa bir ayda nə qədər maşın və insan keçib?

saytların hazırlanması

Evə çatdırılma

Laçın dəhlizindən Qarabağa bir ayda nə qədər maşın və insan keçib?

Rəsmi

03 Noyabr 2021 16:04 1381


Rusiya sülhməramlı kontingenti 1 ayda minə yaxın tranzit avtomobilin və 6800-dən çox insanın Laçın dəhlizi ilə Qarabağa giriş-çıxışını təmin edib.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin sözçüsü Dmitri Yemelyanov məlumat yayıb:

“Müşahidə məntəqəsinin hərbçiləri öz məsuliyyət zonalarında sutka ərzində atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər. Rusiya sülhməramlıları tranzit maşınların keçid məntəqələrindən təhlükəsiz keçməsini təmin edir. Mümkün təxribatların qarşısını almaq üçün bütün nəqliyyat vasitələri yoxlanılır, lazım gələrsə əlavə tədbirlər görülür. pizza hut

Ötən ay müşahidə məntəqəsində hər iki istiqamətdə minə yaxın tranzit nəqliyyat vasitəsinin, o cümlədən 6800-dən çox insanın keçidi qeydə alınıb”, - deyə Yemelyanov əlavə edib.

Xatırladaq ki, Qarabağın dağlıq hissəsində Rusiya sülhməramlı qüvvələrinin 27 müşahidə məntəqəsi yerləşir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!