“Laçın dəhlizinə alternativ yol iyulun 1-də istifadəyə veriləcək...” - Ermənistan təşvişdə...

saytların hazırlanması

Evə çatdırılma

“Laçın dəhlizinə alternativ yol iyulun 1-də istifadəyə veriləcək...” - Ermənistan təşvişdə...

Rəsmi

23 Aprel 2022 16:10 2207


"Azərbaycan tərəfindən  Ermənistanı Qarabağla birləşdirən yeni dolama yolun istifadəyə verilməsi bu il iyulun 1-ə  planlaşdırılır".

Yenisabah.az xəbər verir ki, bunu qəsbkar ölkənin “Şərəf duyuram” parlament fraksiyasının deputatı Tiqran Abramyan erməni mediasına açıqlamasında bildirib.

"Laçından(Abramyan "Berdzor" deyir-S.L.) keçən mövcud yola alternativ yolun tikintisi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulub. Bakıda isə məlum səbəblərdən bu bəndi tez bir zamanda icra etməyə tələsirlər. Bakının məqsədi Laçından yan keçməkdir ki, şəhər tam olaraq onların nəzarətinə keçsin.  Çünki alternativ yolun yaranması nəticəsində Rusiya sülhməramlılarının patrul marşrutu da dəyişəcək... Müvafiq olaraq Ermənistan və Artsax arasında yerüstü əlaqənin təmin edilməsi baxımından biz bugünkündən xeyli çətin vəziyyətə düşəcəyik”, - deyə Ermənistan deputatı vurğulayıb./Moderator.az pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!