“Laçın dəhlizinin bir neçə saatlıq bağlanması geri dönməz nəticələrə səbəb ola bilər” - Stepanyan

saytların hazırlanması

Evə çatdırılma

“Laçın dəhlizinin bir neçə saatlıq bağlanması geri dönməz nəticələrə səbəb ola bilər” - Stepanyan

Maraqlı

10 Dekabr 2022 23:50 1236


“Laçın dəhlizinin bir neçə saatlıq bağlanması geri dönməz humanitar nəticələrə səbəb ola bilər”.

Yenisabah.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “ombudsman”ı Qeqam Stepanyan deyib.

“İndi Azərbaycan fəal şəkildə Laçın dəhlizini bağlamağa çalışır. Bu, Qarabağı xarici dünya ilə birləşdirən yeganə yoldur. Laçın dəhlizinin bir neçə saatlıq da olsa bağlanması geri dönməz humanitar nəticələrlə doludur. Dominos pizza

Qarabağ xalqı bütün hüquqlara layiqdir. Beynəlxalq aləmə müraciət edirəm ki, yeni “soyqırım”ın qarşısını almaq və xalqımın hüquqlarını qorumaq üçün hərəkətə keçsinlər. Mövcud sübutlar beynəlxalq mexanizmləri işə salmaq üçün kifayət qədərdir. Bu, bir və ya bir neçə aktorun deyil, bütün beynəlxalq ictimaiyyətin məsuliyyətidir. Mən sizdən qərəzsizlik və cəsarət gözləyirəm”, – deyə Stepanyan şikayətlənib./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!