Laçın polisi xeyli sayda mina aşkar etdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Laçın polisi xeyli sayda mina aşkar etdi - Fotolar

Hadisə

26 Mart 2021 11:19 703


Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində xidməti fəaliyyətdə olan zaman həmin yerdə xeyli sayda mina aşkar ediblər.

Dərhal bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşlarına məlumat verilib. Məlumatla əlaqədar əraziyə baxış keçirilən zaman müxtəlif adda tank və piyada əleyhinə 78 ədəd mina və partladıcıları müəyyən edilib, təhlükəsiz şəkildə zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər yerinə yetirilib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!