Laçın sakinini Goranboyda ildırım vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Laçın sakinini Goranboyda ildırım vurub öldürdü

Hadisə

29 May 2021 21:34 1057


Goranboyda bədbəxt hadisə baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Ballıqaya kəndi ərazisində qeydə alınıb.

Bərdədə məskunlaşan Laçın rayon sakini, 1974-cü il təvəllüdlü Əhmədov Əhməd Xanalı oğlu yaylaqda qoyun otaran zaman onu ildırım vurub. 47 yaşlı Kişi hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə təhvil verilib. Dominos pizza

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!