“Laçın və Zabux verilərsə, ermənilər Qarabağı, Xankəndini tərk edəcək…” - Qasparyan

saytların hazırlanması

Evə çatdırılma

“Laçın və Zabux verilərsə, ermənilər Qarabağı, Xankəndini tərk edəcək…” - Qasparyan

Rəsmi

01 İyul 2022 20:23 4598


“Laçın və Zabux Qarabağın göbək bağıdır və onlar kəsilərsə, Qarabağdakı erməni əhalinin boşaldılmasının əsası qoyulacaq".

Yenisabah.az xəbər verir ki, bu revanşist fikri terrorçu "Sasna Tsrer" təşkilatının  üzvlərindən biri Vahe Qasparyan  İrəvanda “Berdzorun təslim olması və "Sasna Tsrer"in “mühakiməsi”” mövzusunda mətbuat konfransı zamanı bildirib

“Laçının köçürülməsindən sonra Qarabağa elektrik enerjisi kəsilir və biz artıq Stepanakertin özündən bildirişlər alırıq ki, Laçın və Zabux verilərsə, Artsax sakinləri Artsaxı, Stepanakerti tərk etməli olacaqlar. Yeri gəlmişkən, onların arasında çoxuşaqlı ailələr də var”- deyə terrorçu revanşist əlavə edib. pizza sifarişi

Qeyd edək ki, bəhs edilən mətbuat konfransında “Sasna Tsrer”in liderlərindən biri olan Jirar Sefilyan və 1992-cı ildən sonrakı işğal dövründə Zabuxda qanunsuz məskunlaşmış hay icmasının üzdəniraq başçısı Martiros Akopyan da iştirak edərək özlərinə məxsus revanşist çıxışlar ediblər. Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!