Laçın yolu ilə silah-sursat daşınmamalıdır! - Tələblər artır

saytların hazırlanması

Evə çatdırılma

Laçın yolu ilə silah-sursat daşınmamalıdır! - Tələblər artır

Maraqlı

15 Dekabr 2022 16:20 975


“Öncəliklə, məsələnin bu biri tərəfinə xüsusi diqqət yetirmək lazımdır ki, bir neçə gündür Xankəndi və ətrafında yaşayan Azərbaycan vətəndaşı olmalı olan ermənilərlə bağlı haray-həşir salan qüvvələr təəssüflər olsun ki, neçə gündür ekoloji fəlakətə etiraz edən insanların fəaliyyətinin işıqlandırılmasına, həmçinin, aksiyaçıların ekologiya ilə bağlı haqlı tələblərinə heç bir dəstək vermirlər”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov Laçın-Şuşa- Xankəndi yolunda 4 gündürkü davam edən aksiyalardan söz açarkən deyib.

Politoloqa görə, məsələnin həm də düşündürücü tərəfi ondan ibarətdir ki, “Greenpeace” də daxil olmaqla dünyanın nüfuzlu ekoloji təşkilatları, “Yaşıllar hərəkat”ı və partiyalar yüzlərlə azərbaycanlının Laçın yolundakı etiraz aksiyasına heç bir formada media dəstəyi göstərmir: pizza sifarişi

“Mən özüm də bir neçə gün Laçın yolundakı aksiyaları müşahidə etdim. Təəssüflər olsun ki, Türkiyə mediasından başqa beynəlxalq mediada heç kimin oraya müşahidə aparmaq üçün gəldiyinin şahidi olmadım”.

Onun fikrincə, günlərdir gecə-gündüz demədən vətəndaş cəmiyyəti fəallarının etdiyi aksiyalara heç kim səs çıxarmır:

“Nə Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov gəlib aksiyaçılara heç bir vəd verir, nə də Azərbaycan ərazilərindəki ekoloji terrorun sona çatması ilə bağlı konkret bir fəaliyyət ortaya qoyulur. Eyni zamanda bütün bunlar aksiya iştirakçılarının qəzəbinə səbəb olur”. 

Mütəxəssis düşünür ki, aksiyalar davam etdikcə, aksiyanın tələbləri daha da böyüyür:

“Aksiyaçılar Laçın yolunun fəaliyyətinə ona görə, imkan vermək istəmirlər ki, onlar Xankəndiyə humanitar məqsədlərdən başqa nələrisə daşısınlar. Həmçinin, aksiyaçılar humanitar məqsədli yardımın Xankəndiyə getməsinə maneəçilik törətmədilər. Azərbaycan dövləti də dəfələrlə vurğulayıb ki, Xankədidə yaşayan ermənilər bizim vətəndaşlarımızı və biz onlara qarşı törədilə biləcək istənilən təxribat cəhdlərinə qarşıyıq. Yəni aksiyaçıların əsas tələbi həm də odur ki, Laçın yolu ilə silah-sursat daşınmasın, Qarabağdakı separatçılar bəslənməsin”. 

T. İsmayılov hesab edir ki, bu, çox haqlı tələbdir:

“Aksiyaçıların bu məsələdəki tələbləri, əlbəttə ki, birmənalı şəkildə haqlıdır. Çünki Azərbaycan suveren ərazilərinə heç kim qeyri-qanuni mallar daşımamalıdır. Aksiyaçıların tələbləri yerinə yetirilsə, bu, bizim üçün çox faydalı olacaq. Fikrimcə, bu zaman Laçın yolunda Azərbaycanın gömrük və sərhəd xidmətləri öz fəaliyyətini bərpa edə bilər ki, bu da Ermənistandan Qarabağa hansısa silahın daşınmağının qarşısını alacaq. Ona görə də hadisələrin bundan sonrakı inkişafı diqqətdə saxlanmalı olan məsələdir”.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!