Laçında 2 tondan çox çətənə kolu məhv edildi 

saytların hazırlanması

Evə çatdırılma

Laçında 2 tondan çox çətənə kolu məhv edildi 

Maraqlı

11 İyun 2023 09:58 939


Laçında 2 tondan artıq çətənə bitkisi yandırılaraq məhv edilib. 

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Malıbəy kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkar edilib. 

Həmin ərazidə yabanı halda bitən çəkisi 2 ton 850 kiloqram olan 5100 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!