Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimi başa çatdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimi başa çatdı - Video

Rəsmi

11 Sentyabr 2021 15:24 895


Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi başa çatıb.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən  müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla icra ediblər.

Hər iki ölkənin hərbi qulluqçularının təlimdə nümayiş etdirdiyi peşəkarlıq yüksək qiymətləndirilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!