Laçında ölən əsgərə şəhid statusu veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Laçında ölən əsgərə şəhid statusu veriləcək

Maraqlı

05 Avqust 2022 14:50 1223


Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğluna şəhid statusu veriləcək.

Yenisabah.az xəbər verir ki, qanunvericiliyə əsasən, Samir Xudiyev şəhid statusu alacaq.

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Toyuqlu pizza

Müxtəlif bədən xəsarətləri alan əsgər Tahir Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!