Laçında şəhid olan əsgərimiz son mənzilə yola salınır

saytların hazırlanması

Evə çatdırılma

Laçında şəhid olan əsgərimiz son mənzilə yola salınır

Maraqlı

04 Avqust 2022 11:16 1077


Avqustun 3-də Laçında şəhid olan Azərbaycan Ordusunun əsgəri Kazımov Anar Rüstəm oğlunun nəşi ailəsinə təhvil verilib.

Yenisabah.az xəbər verir ki, hazırda şəhidlə doğulduğu Şəmkir rayonunun Qaracəmirli kəndində vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları, rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirlər. Marqarita pizza

Vida mərasimi başa çatdıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutublar. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!