Laçında şəhid olan əsgərin   FOTOSU

saytların hazırlanması

Evə çatdırılma

Laçında şəhid olan əsgərin FOTOSU

Maraqlı

03 Avqust 2022 13:26 1229


Xəbər verdiyimiz kimi, avqustun 3-də Azərbaycan Ordusunun əsgəri şəhidlik zirvəsinə yüksəlib. 

Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində ordumuzun əsgəri Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

2004-cü il təvəllüdlü Anar Kazımov Şəmkir rayonunda dəfn olunacaq. Şəhidin nəşi doğulduğu Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılacaq. 4 aydır ki, xidmət edən A.Kazımov subay olub. Onun bir bacısı və bir qardaşı var. pizza mizza

Yenisabah.az Modern.az-a istinadla bu gün şəhid olan əsgərimizin fotosunu təqdim edir:


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!