Laçından üzücü xəbər - Xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Laçından üzücü xəbər - Xəsarət alan var

Hadisə

03 Avqust 2024 16:58 4323


Laçın rayonunda mina hadisəsi baş verib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən Yenisabah.az-a verilən məlumata görə, işğaldan azad edilmiş Laçın rayonunun Kalafalıq kəndi ərazisində 2024-cü il 3 avqust tarixində mina hadisəsi baş verib:

"Laçın rayonunun Vağazin kənd sakini, 1960-cı il təvəllüdlü Əli Zeynalabdin oğlu Süleymanov həmin rayonun Kalafalıq kəndi ərazisində, Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində Əli Süleymanov sol ayağından xəsarət alıb. Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır". Toyuqlu pizza

"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!" - deyə məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!