Laçını yandıranların atasını yandırmaq lazımdır!

saytların hazırlanması

Evə çatdırılma

Laçını yandıranların atasını yandırmaq lazımdır!

Maraqlı

18 Avqust 2022 15:54 1791


Az yaşım olmadığı üçün çox xalqın nümayəndələri ilə qarşılaşmışam. Hər bir xalqın həm müsbət, həm də mənfi cəhətləri var. Heç kim süddən çıxmış ağ qaşıq deyil. Allah heç bir qulunu qüsursuz yaratmayıb. 

Bizim bəyənmədiklərimiz kimi bizi bəyənməyənlər də var. Normaldır. Elə mən özüm də jurnalist fəaliyyətim dövründə öz xalqımı dəfələrlə tənqid etmişəm. Jurnalistika cəmiyyətin aynasıdır. Biz hər kəsi olduğu kimi göstərməliyik. Bir şərtlə ki, özümüz də o "ayna"ya baxmaqdan çəkinməyək...

İnanın mənə, bu yaşa çatmışam, amma ermənilər kimi nadürüst, haramzadə, ikiüzlü, paxıl xalq görməmişəm. Harda erməni varsa, orda kin-küdurət, paxıllıq, intriqa, münaqişə var. Tarix boyu belə olub. Çuğulluq edə-edə çox xalqları üz-üzə qoyublar, qardaş qırğını törədiblər. Ermənilərin bü xasiyyəti üzündən milyonlarla günahsız insanın qanı axıb. İnternet resurslarında dahilərin ermənilər haqda yer alan fikirləriylə tanış olsanız, özünüz də buna əmin olarsınız... pizza hut

Bir neçə gündür doğma Laçınımızı oda qalayıblar. İki kənd, şəhərin mərkəzi od tutub yanır. Axı Azərbaycan bu nadürüstlərə vaxt verib, avqustun 25-nə kimi zəbt etdikləri torpaqlarımızdan rədd olub getməlidirlər. Məntiqlə bunlar şələ-külələrini yığışdırıb öz respublikalarına köçməliydilər. Bunlar nə edirlər? Təxminən 30 il yaşadıqları kəndləri, içində acılı-şirinli günlər keçirdikləri evləri yandırıb külə döndərirlər? İnsanın öz evini yandırmağa əli necə gələr? Ay əclaf, sənin o evdə heç olmasa bircə xoş xatirən olmayıb? Yandırıb külünü seyr etdiyin o evdə ata-ananın, bu dünyadan köçmüş əzizlərinin ruhu dolaşmır? Təxminən 30 il əvvəl bir milyona yaxın azərbaycanlı sizin təcavüzkar siyasətiniz nəticəsində doğma yurd-yuvasını tərk etmişdi. Ev demirəm, bircə hinin yandığını gördünüzmü? Bax, budur azərbaycanlı ilə erməninin aarsındakı fərq! 

Ermənini başa düşdük, düşməndir, qisas alır. Bəs biz niyə ağzımıza su alıb durmuşuq? Bu haramzadələrin doğma yurdlarımızı viran qoymağına nə vaxta qədər tamaşa edəcəyik? Niyə Azərbaycan 10 noyabr sazişinin tələblərini kobud şəkildə pozan ermənilərə layiq olduqları yeri göstərmir? Niyə ordumuz hərəkətə keçib Laçını yanğından xilas etmir? Ermənilərin doğma yurdlarmızı oda qalamasına nə vaxta kimi göz yumacağıq? 

Məncə, hərəkətə keçmək zamanıdır. Laçını yandıran ermənilərin atasını yandırmaq lazımdır!

Seymur VERDİZADƏ  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!