Əsgərimizin dili açıldı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Əsgərimizin dili açıldı - Video

Maraqlı

07 Yanvar 2021 11:09 1377


Tanınmış prodüser, teleaparıcı Tarix Əliyevin (Tolik) İkinci Qarabağ  Müharibəsində dili tutulan əsgərimizi təhqir etməsi son günlər ən çox müzakirə edilən mövzuya çevrilib.

 T.Əliyev “İnstagram”da bağlantı quraraq hərbiçimizdən canlı yayımda kömək istəməsini tələb edib . O, danışma qabiliyyətini itirən əsgərimizə qarşı xoş olmayan ifadələr işlədib.

 Bu hərəkətinə görə tənqid atəşinə tutulan prodüsser daha sonar açıqlamasında əsgərlə zarafat etdiyini, həmin sözləri ərkyana işlətdiyini bildirib. Dördpendirli pizza

Yenisabah.az xəbər verir ki, Tolik bu dəfə sözügedən əsgərin dilinin açılması ilə bağlı paylaşım edib. O, əsgərlə telefonda danışaraq görüntüləri bölüşüb:

“Dostlar, Əli danışdı, bu mənim üçün ən böyük hədiyyə oldu. Bəzi ağzıgöyçəklərə cavabı Əli özü verdi. Amma, dostlar. Əli cığallıq eləyir, deyir ki, danışdım, telefonumu ver. Deyirəm, mən sənə demişdim bir günə danış, sən altı gün sonar danışmısan”.  

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!