Lalə Azərtaş qadının dəhşətli görüntülərini paylaşıb yardım istədi -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Lalə Azərtaş qadının dəhşətli görüntülərini paylaşıb yardım istədi - VİDEO

Hadisə

19 Noyabr 2024 16:09 1287


Aparıcı Lalə Azərtaş şəxsi instaqram hesabında diqqətçəkən paylaşım edib.

Yenisabah.az xəbər verir ki, aparıcı videopaylaşımda vəhşicəsinə döyülən qadın haqda məlumat verib və hüquq-mühafizə orqanlarına müraciət edib:

“Müqavimət göstərməsin, qışqırmasın deyə bu qadının əlini, ağzını bağlayıb onu bu hala salıblar. Kim salıb? Həyat yoldaşı... Həmin şəxs onu ilk dəfə deyil ki, belə bir durumda vəhşicəsinə döyür. Bu dəfələrlə təkrar olunub. Əri narkotik maddə istifadəçisidir.  Axırıncı dəfə o qızı qucaqda polis bölməsinə aparıblar. Sonra ərinin məcburi təsiri altında şikayətini geri çəkdiyi deyilir. Amma mən Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarından hər hansı ciddi tədbirin görülməsini xahiş edirəm. Çünki bu qız ölə bilər. Mən efirdən bıçaq izləri olan paltarları göstərmişəm. Dizindən qan necə axıbsa, həmin paltar hələ də qalıb. Bir zərbə o qızın artıq həyatda olmaması ilə nəticələnə bilər. Xahiş edirəm xilas edək”. pizza

 Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!