Lalə Azərtaş Xankəndidə piano arxasında - Video

saytların hazırlanması

Evə çatdırılma

Lalə Azərtaş Xankəndidə piano arxasında - Video

Şou

09 Avqust 2024 13:27 893


Aparıcı Lalə Azərtaş Xankəndinə yollanıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bununla bağlı televiziya ulduzu sosial şəbəkə hesabında məlumat yayıb.

L. Azərtaş orada “Neyləyim?” adlı bəstəni pianoda ifa edib. Həmin anları izləyiciləri ilə bölüşən Lalə bu sözləri yazıb: Marqarita pizza

“Salam, Xankəndi. Ürək qürurlu, boğaz qəhərdən düyünlü tarix göz önündən keçir. Şəhidlərə sevgi və sonsuz minnət borcu, orduya sağlıq duası və Ali Baş Komandana ali heyranlıq duyğusu... Əllər göydə, ayaqlar da yerdən kəsilib, duyğular qarışıq… Və anidən uşaqların və notların səsi… Dərhal ağ-qara dillərə baxıram, hər kəsdən qeyri-professionallıq üçün üzr istəyirəm. Və “Ala gözlüm” (“Neyləyim?” - bir çox mənbələrdə yanlışlıqla “Ala gözlüm” kimi məşhur olan mahnı - red.) səslənir… Ətrafımdakı bütün ala gözlərdə eynən mən yaşadığım duyğuları görürəm… Möhtəşəm… Şükür sənə, İlahi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!