Əməkdar artist Lalə Məmmədova illər əvvəl başına gələn hadisədən danışıb.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Özəl” proqramının qonağı olan sənətçi oxuduğu “Yağış” mahnısının sözlərini eynilə yaşadığını etiraf edib:
“Yağış” mahnısını mənə təqdim olunanda onun gözəlliyinə o qədər heyran oldum ki, heç sözlərinə diqqətlə fikir vermədim. Öz-özümə dedim ki, mütləq sabah studiyaya gedib bunu oxuyacam. Studiyada oxuyarkən sözlərinə diqqət yetirdim: Tənha qoca ağlayır, yağış kəsənə bənzəmir, torpaq əsir, məzar qərib yağdıqca içim dağılır. Bir mahnıda məzardan, tənha qocadan söhbət gedir”. pizza hut
Xanım sənətçi 24 saat sonra qayınatasının dünyasını dəyişdiyini deyib:
“Qayınanam tənha qoca kimi ağlayırdı. Yanvar ayı idi, güclü yağış da yağırdı. Eynilə mahnıda deyildiyi kimi yağırdı. Hətta o qədər çox yağırdı ki, məzarı belə qaza bilmədilər. Mən çökdüm. Birdən ayıldım ki, dünən mən bu günü oxuyurdum”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız