Lalə Məmmədova şəhid olan sinif yoldaşından danışdı: “Anası...“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Lalə Məmmədova şəhid olan sinif yoldaşından danışdı: “Anası...“ - Video

Şou

25 Noyabr 2020 10:11 2751


Əməkdar artist Lalə Məmmədova ATV telekanalında yayımlanan "Onların səsi" proqramında qonaq olub.

Yenisabah.az xəbər verir ki, Vətən müharibəsindən, qələbədən danışan sənətçi əsgərlərə hər zaman dua etdiyini bildirib:

"Dilimizdə əsgərlərimiz üçün duadır, onları böyüdüb cəbhəyə yola salan analara təşəkkür edirik. Elə bir tarixi səhifənin şahidi olduq ki, gələcək nəslə danışacağıq. Deyəcəyik ki, baxın, bu torpağın hər qarışında şəhid qanı var”. pizza hut

Müğənni illər sonra məşhur “Məktəb illəri” mahnısı ilə bağlı etiraf edib. O, həmin mahnını şəhid olan sinif yoldaşına həsr etdiyini deyib:

"30 ildə bizim illərimiz, yaşanmamış uşaqlığımız, gəncliyimiz getdi. "Məktəb illəri"ni niyə ürəkdən oxuduğumu bilirsiz? Oxuduğum 272 nömrəli məktəb şəhid Etibar Cəlilovun adınadır. Etibar məktəbi bitirən kimi silah götürüb müharibəyə getdi və şəhid oldu. Anası gözümüzün qabağında qocaldı. Həmçinin ermənilərin 20 yanvarda partlatdığı qatarda sinif yoldaşım rəhmətə gedib. Ona görə mən o mahnını ürəkdən oxumuşam. Yaşanmamış məktəb illəri”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!