Lalə Məmmədova tənqidlərə belə cavab verdi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Lalə Məmmədova tənqidlərə belə cavab verdi - FOTO

Şou

14 Avqust 2024 13:15 1216


Əməkdar artist Lalə Məmmədova izləyicilərinin suallarını cavablandırıb. 

Axşam.az xəbər verir ki, müğənni ona ünvanlanan tənqidlərə münasibətini bildirib. 

"Sağlam və əsaslı tənqidlərə açığam. Zatən bu olmasa, doğru inkişaf gedə bilməz. Ancaq həyatı boyu daşı-daş üstünə qoymayan, olduğu yerdən zəhməti, savadı ilə bir yerlərə gəlib çatmayanların səfeh yazılarını görmürəm. Çünki ciddi insan belə işlərə vaxt tapmır. Tapanlar isə göz qabağındadır. Ağızdan, qələmdən çıxan söz sahibindən xəbər verir.  pizza sifarişi

Çünki içi boş insanlar nə və nəyə "qadir olduqlarını" bilirlər. Komplekslərini gizlətmək üçün eqo və təkəbbür köməklərinə gəlir. Kimi aldada bilsən də sənəti aldatmaq olmur. Gec-tez tərdələr enəcək və işıqlar yanacaq" deyə, L.Məmmədova yazıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!