Lalə Şövkət deputatlığa namizəd olacaq? - AÇIQLAMA 

saytların hazırlanması

Evə çatdırılma

Lalə Şövkət deputatlığa namizəd olacaq? - AÇIQLAMA 

Siyasət

03 İyul 2024 16:35 783


Azərbaycan Liberal Partiyasının (ALP) lideri, sabiq dövlət katibi Lalə-Şövkət Hacıyeva növbədənkənar parlament seçkilərində namizəd olmayacaq. 

Bu barədə Azpost.info-ya ALP-nin sədri, Lalə-Şövkət Hacıyevanın yaxın silahdaşı Əvəz Temirxan bildirib.

Partiya sədri bildirib ki, ALP lideri ölkədəki ictimai-siyasi prosesləri izləyir, analizlər aparır: “Amma Lalə xanımın seçkilərdə namizədliyini vermək qərarı yoxdur. Bunun səbəbləri barədə danışmaq istəmirəm”. pizza sifarişi

ALP-nin seçkilərdə iştirakına gəlincə, Ə.Temirxan partiyanın fəaliyyətinin dondurulduğunu, yenidən qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edildiyini söyləyib: “Qeydiyyatımız bərpa olmadığı üçün partiya seçkilərdə iştirak etməyəcək”.

“Mənim namizədliyimə gəlincə, seçkidə namizəd olacam. Hazırda 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən namizəd olmaq üçün müvafiq sənədləri təqdim edirəm”, – deyə Ə.Temirxan vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!