"Barselona"nın prezidenti Joan Laporta klubun maliyyə vəziyyəti haqda danışıb.
Yenisabah.az mundo deportivo-ya istinadla xəbər verir ki, klub rəhbəri Kataloniya təmsilçisinin borclarını azaltmağa çalışdığını deyib:
"Büdcəmizi gücləndirməyə çalışırıq. Çəkdiyimiz iztirabların təkrarlanmasını istəmirik. Artıq stabillikdən müsbət nəticəyə keçmişik. Futbolçularımızın hamısı çox yüksək bazar dəyərinə malikdir. Bu, hazırkı durumumuzu yaxşılaşdırır və gələcəyə zəmanət verir. Sezar pizza
İqtisadi çətinliklərə baxmayaraq, həyata keçirdiyimiz strateji plana əsaslanır. Bu mövsüm 980 milyon avro gəlirimiz olacaq. Büdcə ilk dəfə olaraq 1 milyard avronu keçəcək. Borcumuzu azaltmağa çalışırıq və buna nail oluruq. İqtisadiyyatın bərpasının bu mərhələsini görməkdən məmnunuq".
Telegram kanalımız