Laporta əleyhdarlarını təhqir etdi

saytların hazırlanması

Evə çatdırılma

Laporta əleyhdarlarını təhqir etdi

İdman

09 Yanvar 2025 11:33 490


"Barselona"nın prezidenti Joan Laporta Ali İdman Şurasının (CSD) Kataloniya təmsilçisinin şikayətlərini müsbət cavablandırmasına emosional reaksiya verib.

Yenisabah.az xəbər verir ki, La Liqa və İspaniya Kral Futbol Federasiyası "Barselona"nın futbolçuları Dani Olmo və Pau Viktorun qeydiyyata alınmasına icazə verməmişdi. Klub isə Ali İdman Şurasına bu məsələ ilə əlaqədar şikayət etmişdi. Bütün sənədlər yoxlanıldıqdan sonra şura ötən gün sözügedən oyunçulara lisenziya verib.

Joan Laporta isə qeydiyyatdan imtina etdiklərinə görə La Liqa və İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəsmilərinə və nümayəndələrinə qarşı dəfələrlə kobud, ədəbsiz təhqirlər edib. pizza mizza

Laporta La Liqa və federasiya rəhbərliyini görəndə özünü tamamilə itirərək qışqırıb: “Siz həyasız insanlarsınız! Əclaflar!"

İspaniya Superkubokunun yarımfinalında "Atletik" ilə matçda VİP kabinetdə olan Laportanın La Liqa və federasiyaya ünvanladığı təhqiredici sözləri kameralara düşüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!