Laricani regionu qaranlığa qərq etməklə hədələdi

saytların hazırlanması

Evə çatdırılma

Laricani regionu qaranlığa qərq etməklə hədələdi

Siyasət

12 Mart 2026 19:17 748


"Əgər ABŞ İranın enerji sistemini sıradan çıxarmağa cəhd edərsə, Tehran buna Yaxın Şərqin şəbəkələrinə hücumla cavab verəcək".

"Yeni Sabah" xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani "Telegram" kanalında bildirib.

İran rəsmisi bu fikirləri ABŞ Prezidenti Donald Trampın Birləşmiş Ştatların İranın enerji sistemini bir saat ərzində məhv etmək qabiliyyəti barədə bəyanatını şərh edərkən deyib. Sezar pizza

"Əgər onlar bunu etsələr, bütün region yarım saatdan az müddətdə qaranlığa qərq olacaq", - deyə o qeyd edib.

Laricani əlavə edib ki, qaranlıqda qaçan amerikalı hərbçiləri təqib etmək üçün daha çox imkan yaranır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!