Latviya Prezidenti Edqars Rinkeviçs noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirakını təsdiqləyib.
Yenisabah.az xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.
O bildirib: “Latviya Prezidenti Edqars Rinkeviçs COP29-da iştirakını təsdiqləyib. Bakıya nümayəndə heyəti ilə gələcək Prezident rəsmi açılışda və bütün əsas COP tədbirlərində iştirak edəcək”. Toyuqlu pizza
Səfirin sözlərinə görə, ümumilikdə Latviya iqlim konfransında geniş şəkildə təmsil olunacaq. O cümlədən, kənd təsərrüfatı nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı nəzərdə tutulub. Digər nazirlərin və biznes-nümayəndə heyətlərinin də iştirakı mümkündür.
Telegram kanalımız