Latviya parlamentinin qərarına Türkiyədən reaksiya:   “Şiddətlə qınayırıq“

saytların hazırlanması

Evə çatdırılma

Latviya parlamentinin qərarına Türkiyədən reaksiya: “Şiddətlə qınayırıq“

Dünya

06 May 2021 15:55 1126


Latviya parlamenti tərəfindən 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınması qərarı tarixin siyasi motivlərlə yenidən yazılması cəhdidir, qanunsuzdur və hüquqi əsası olmayan təşəbbüsdür. Bu uğursuz və qanunsuz qərarı rədd edirik və şiddətlə qınayırıq.

Yenisabah.az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirib.

Bəyanatda qeyd olunub ki, parlamentlər tarix yazmaq və onu mühakimə etmək üçün deyil: “1915-ci il hadisələri ilə əlaqədar beynəlxalq hüquqa görə müəyyən edilmiş “soyqırımı” ifadəsinin Latviya parlamentində işlədilməsi üçün beynəlxalq hüquqda tələb olunan şərtlərin heç biri mövcud deyil. Bu cəhd 1948-ci ildə “Soyqırımın qarşısının alınması və Cəzalandırma Konvensiyası”nin tələbləri başda olmaqla Avropa İnsan Haqları Məhkəməsinin 2013-cü il və 2015-ci ildə qəbul olunan 1915-ci il hadisələrinin mübahisəli mahiyyətini açıq şəkildə ifadə edən qərarlarına da ziddir. Latviya parlamentini tarixdən düşmənçilik yaratmağa çalışan bəzi dairələrin gündəminə xidmət etmək əvəzinə, bu səhv addımdan geri dönməyə çağırırıq”. (APA) Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!