Latviya Rusiya ilə sərhədi bağlamaqla hədələyib

saytların hazırlanması

Evə çatdırılma

Latviya Rusiya ilə sərhədi bağlamaqla hədələyib

Dünya

10 Fevral 2025 17:27 170


Latviya Daxili işlər naziri Rihards Kozlovskis ölkə sakinlərini Rusiya və Belarusa səyahət etməkdən çəkinməyə çağırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "LSM" dövlət radiosu məlumat yayıb. 

"Şərqdən təhlükə yaranarsa, sərhədi bir neçə gün deyil, bir neçə saat ərzində bağlaya bilərik",-deyə Rihards Kozlovskis bildirib. Dördpendirli pizza

Onun sözlərinə görə, Latviya sakinlərinin Rusiya və Belarusda qohumlarının və ya işlərinin olduğunu başa düşür.

Qeyd edək ki, Rusiyanın Latviyadakı müvəqqəti işlər vəkili Dmitri Kasatkin bildirib ki, latviyalıların Rusiya tərəfinnə köçmə proqramlarına olan maraq əhəmiyyətli dərəcədə artıb. O, son bir ildə bu məsələ ilə bağlı 20 minə yaxın müraciət qeydə alındığını vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!