Latviya Rusiya telekanalının lisenziyasını ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

Latviya Rusiya telekanalının lisenziyasını ləğv etdi

Maraqlı

06 Dekabr 2022 12:19 643


Rusiyada xarici ölkənin agenti sayılan və ofisi Latviyada yerləşən “Dojd” telekanalının lisenziyası ləğv olunub. 

Yenisabah.az xəbər verir ki, Latviya Elektron KİV üzrə Milli Şurası “Dojd” telekanalının yayım lisenziyasını ləğv edib.

Kanal Latviyadan sonuncu dəfə dekabrın 8-də efirə çıxacaq. Şura hesab edir ki, “Dojd” yol verdiyi pozuntuların əhəmiyyətini və ciddiliyini anlamır, buna görə də Latviya ərazisindən yayımlana bilməz. Pepperoni pizza

Xatırladaq ki, bir neçə gün əvvəl telekanalın əməkdaşı Aleksey Korostelyov efirdən Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edən Rusiya hərbçilərinə yardım edildiyini demişdi. Buna görə o, kanaldan uzaqlaşdırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!