“Laura” qasırğası ABŞ-ın Luizana əyalətində 3 nəfərin ölümünə səbəb olub.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, ölənlərdən biri 14 yaşlı qızdır. 4-cü səviyyə kateqoriyasında müəyyən edilən qasırğa əyalətdə maddi itkilərə də yol açıb.
Keçdiyi yerlərdə su səviyyəsinin qalxmasına, selə səbəb olan “Laura” Luizana və Texas əyalətlərində 700 min nəfəri işıqsız qoyub. pizza mizza
Qasırğanın Arkanzas və Tenessi ştatlarında tornadoya səbəb olacağı proqnozlaşdırılır.
Telegram kanalımız