“Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayır”.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistanda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 9-da keçirdiyi mətbuat konfransında deyib.
“Bu, həm də regionda vəziyyətin ümumi yaxşılaşmasına töhfə verməlidir. Eyni məcrada bizim ümumi fikrimiz üç Cənubi Qafqaz ölkəsi və onların üç qonşusunun iştirakı ilə “3+3” regional platformasının ritmik işinin təmin edilməsi zərurətidir. Bu, region ölkələri ilə onların qonşuları arasında dialoqun qurulması və çoxşaxəli əməkdaşlığın inkişafı üçün mühüm əlavə kanaldır”, - deyə rusiyalı nazir bildirib. Dominos pizza
Telegram kanalımız