Lavrov bu gün Tehrana gedir

saytların hazırlanması

Evə çatdırılma

Lavrov bu gün Tehrana gedir

Dünya

25 Fevral 2025 11:50 209


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Tehrana işgüzar səfər edəcək.

Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, o, vəzifədaşı Abbas Əraqçinin dəvəti ilə İrana gedir.

XİN rəhbərləri yanvarın 17-də Moskvada yeni baza dövlətlərarası sazişin imzalanması ilə rəsmi olaraq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Rusiya-İran münasibətlərinin ikitərəfli gündəliyini ətraflı müzakirə edəcəklər. Sezar pizza

Gözlənilir ki, onlar Suriya, Cənubi Qafqaz, Əfqanıstan, Yəmən, Fars körfəzindəki vəziyyət, Yaxın Şərq nizamlanması, Xəzər problemi və İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyət də daxil olmaqla bir sıra aktual beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!