Lavrov Ermənistana getdi

saytların hazırlanması

Evə çatdırılma

Lavrov Ermənistana getdi

Rəsmi

22 Noyabr 2022 17:27 918


Noyabrın 22-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın paytaxtı İrəvana ikigünlük səfəri başlayıb.

Yenisabah.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin xarici işlər, müdafiə nazirləri və qurumun Təhlükəsizlik Şurası katibliyinin noyabrın 23-də İrəvanda keçiriləcək birgə iclasında iştirak edəcək. Sezar pizza

Xatırladaq ki, noyabrın 23-də Ermənistanda KTMT-yə üzv dövlətlərin zirvə toplantısı keçiriləcək. İclasa Rusiya Prezidenti Valdimir Putin də qatılacaq. Onun səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüşü də nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!