Lavrov: İranla hərbi əməkdaşlıq dərinləşəcək

saytların hazırlanması

Evə çatdırılma

Lavrov: İranla hərbi əməkdaşlıq dərinləşəcək

Dünya

31 Oktyabr 2024 14:32 491


Hərtərəfli strateji tərəfdaşlıq haqqında Rusiya-İran sazişi tərəflərin müdafiə sahəsində daha sıx əməkdaşlıq istəyini təsbit edəcək.

Yenisabah.az Interfax- istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O, Avrasiya təhlükəsizliyi üzrə 2-ci Minsk Beynəlxalq Konfransında çıxış zamanı deyib: “Rusiya-İran münasibətlərinin möhkəmlənməsi üçün əsas amil Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş olacaq. Həmin saziş yaxın vaxtlarda imzalanacaq. Sənəddə regional və qlobal səviyyədə sülh və təhlükəsizlik maraqları naminə müdafiə və qarşılıqlı fəaliyyət əksini tapacaq”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!