Lavrov: “Sərhəddə son təlimlərlə əlaqədar Azərbaycan da narahatlıqlarını ifadə edib“

saytların hazırlanması

Evə çatdırılma

Lavrov: “Sərhəddə son təlimlərlə əlaqədar Azərbaycan da narahatlıqlarını ifadə edib“

Dünya

06 Oktyabr 2021 16:13 4690


"İran Azərbaycanın xarici dövlətlərin iştirakı ilə keçirdiyi təlimləri təxribat xarakterli hərbi təlimlər hesab edir".

Yenisabah.az "İnterfax"a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian bildirib.

Bu gün Moskvada rusiyalı vəzifədaşı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında Abdullahian deyib: pizza hut

"Azərbaycan müxtəlif ölkələrlə davamlı olaraq 6 təlim keçirib. Bu, əlbəttə, hər bir ölkənin suveren qərarından asılı olsa da, təxribat xarakterli bir hərəkətdir".

İranlı nazirin sözlərinə görə, bu təlimlərin aktivləşdirilməsi "bölgədə yaxşı emosiyalara səbəb olmur".

"İran son vaxtlar bir neçə təlim keçirib, ancaq diplomatik kanallar vasitəsilə bütün bölgə ölkələrini bu barədə məlumatlandırıb. Həmin hərbi təlimlərin mahiyyəti bölgəyə sülh, sabitlik və təhlükəsizlik mesajı olub. Başqa bir məqsəd yoxdur".

Öz növbəsində, Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib:

"Biz regionda hərbi aktivliyin artılmasının, hər hansı bir təlimin təxribat xarakterli olmasının əleyhinəyik. İranlı dostlarımızın sərhəddə son təlimləri ilə əlaqədar Azərbaycan narahatlıqlarını ifadə edib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Асаф
    Надо как при СССР закрыть границы с Ираным и всё
    5 years ago
  • Samir
    Ay iran sənin kimdənsə xoşun gəlməyə bilər. O deməkdiki biz onlarla dostluq eləməməliyik? Sən öz müsəlman qardaşına arxa çevirib vəhşi dığalarla qardaşlıq edəndə bəs nə gözləyirdin? Soğan yeməmisənsə için niyə göynədir? İran XristiYAN Respublikası.
    5 years ago