Lavrov: “İrəvandan heç bir təklif almamışıq“

saytların hazırlanması

Evə çatdırılma

Lavrov: “İrəvandan heç bir təklif almamışıq“

Rəsmi

05 Avqust 2022 11:34 1060


"Moskva Rusiyanın Dağlıq Qarabağda sülhməramlı əməliyyatı ilə bağlı İrəvandan təkliflər almayıb".

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib:

“Biz Ermənistanın baş nazirinin Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatının müzakirəsi kontekstində vermək istədiyi konkret təklifləri görməmişik, ona görə də indi falçılıq edə bilmərəm. Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin əldə etdiyi razılaşmaların tərəflərindən hər hansı birinin, təbii ki, əlavə təşəbbüslər irəli sürmək hüququ var, amma biz onları görməmişik”. pizza

Xatırladaq ki, Paşinyan bir gün əvvəl Dağlıq Qarabağda sülhməramlı əməliyyatın təfərrüatlarını dəqiqləşdirmək lazım olduğunu demişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!