Lavrov Mirzoyana: Kənardan müdaxilə cəhdləri var

saytların hazırlanması

Evə çatdırılma

Lavrov Mirzoyana: Kənardan müdaxilə cəhdləri var

Dünya

03 Aprel 2025 14:18 169


Ermənistan və Rusiya xarici işlər nazirləri diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə təbrik mesajları mübadiləsi aparıblar.

Yenisabah.az Armenpress-ə istinadla xəbər verir ki, Sergey Lavrov məktubunda qeyd edib:

"Kənardan Rusiya-Ermənistan müttəfiqliyinə xələl gətirmək cəhdlərinə baxmayaraq, tərəflər siyasi dialoqu və xarici siyasət koordinasiyasını yüksək səviyyədə saxlamağa, həm ikitərəfli, həm də ümumi inteqrasiya məkanı formatında ticari-iqtisadi əməkdaşlığı artırmağa nail olublar". pizza

Lavrovun sözlərinə görə, İrəvan və Moskva bu illər ərzində möhkəm hüquqi baza hazırlayıb və çoxşaxəli, bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlər qurub.

Nazirin məktubunda deyilir: “Biz ölkələrimizin vətəndaşlarının mənafeyi naminə, Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə tərəfdaşlığın daha da dərinləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə birgə işi davam etdirməyə hazırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!