Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan avqustun 2-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli yüksək səviyyəli üçtərəfli sazişlərin icrası prosesi müzakirə olunub. Xüsusilə, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi məsələlərində onların hərtərəfli və səmərəli şəkildə həyata keçirilməsinə dair öhdəlik bir daha təsdiqlənib. Marqarita pizza
İkitərəfli münasibətlər kontekstində Rusiya-Ermənistan münasibətlərinin hazırkı durumuna və gələcək yaxınlaşma perspektivlərinə, o cümlədən Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 19-20-də Rusiyaya rəsmi səfərinə, eləcə də KTMT-nin mayın 16-da keçirilmiş sammiti çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
İrəvanla Moskva arasında ümumi Avrasiya inteqrasiya strukturları çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olması məmnunluqla vurğulanıb. Qarşıdan gələn ikitərəfli tədbirlərin planları müzakirə edilib.
Telegram kanalımız