Lavrov: Nə Bakının, nə də İrəvanın tərəfini tuturuq

saytların hazırlanması

Evə çatdırılma

Lavrov: Nə Bakının, nə də İrəvanın tərəfini tuturuq

Dünya

21 Yanvar 2025 15:40 229


Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində heç kəsin tərəfini tutmur.

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Biz olduqca aktual məsələlərlə, İrəvan-Bakı münasibətlərinin normallaşması məsələsi ilə məşğul oluruq. Biz qardaş xalqlarımızın sülh və mehriban qonşuluq şəraitində yaşamasında dərindən maraqlıyıq. Bizim həm Azərbaycanla, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərimiz mövcuddur. pizza sifarişi

Cənubi Qafqazdan uzaqda yerləşən ölkələrdən fərqli olara, biz bunda şəxsən maraqlıyıq. Həmin ölkələr regionda gərginliyi daha uzun müddətə saxlamaq üçün gündəlikləri irəli çəkirlər, ümid edirlər ki, bu gərginliklər çərçivəsində onlar öz geosiyasi maraqlarını daha intensive şəkildə irəli apara biləcəklər.

Rusiya İrəvan və Bakının razılığı ilə əldə olunan razılaşmaları rəhbər tutaraq hərəkət edir. Bura sülh müqaviləsi, regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri aiddir. Biz İrəvan və Bakı tərəfindən tələb olunan səviyyədə, nə az, nə çox, bu işdə iştirak edirik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!