“Rusiya 5 rayonun geri qaytarılmasının tərəfdarıdır” -   Lavrov

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya 5 rayonun geri qaytarılmasının tərəfdarıdır” - Lavrov

Siyasət

23 Sentyabr 2020 14:28 975


"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir".

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşdə deyib.

O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir: Toyuqlu pizza

“Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!