“Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Qarabağ münaqişəsi tərəflərinə inam yaratmaqda kömək edir”.
Yenisabah.az xəbər verir ki, bunu beynəlxalq təhlükəsizlik üzrə IX Moskva konfransında çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Ötən ilin sonunda Rusiya, mübaliğəsiz, Dağlıq Qarabağdakı qan tökülməsinin dayandırılmasında və bütün Cənubi qafqazda dinc həyatın bərpası üçün şərait yaradılmasında əsas rol oynayıb. ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə tərəflərə öz aralarında etimadı gücləndirməkdə, humanitar layihələri həyata keçirməkdə kömək etməkdə davam edirik”. Dominos pizza
Telegram kanalımız