Lavrov və Ayvazyan Qarabağ razılaşmasını müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Lavrov və Ayvazyan Qarabağ razılaşmasını müzakirə etdi

Dünya

18 Fevral 2021 12:37 604


Fevralın 17-də Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar baş tutub.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ermənistan xarici işlər naziri Ara Ayvazyanın qısa işgüzar səfəri zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının həyata keçirilməsinin bütün aspektləri barədə hərtərəfli müzakirə aparılıb. pizza hut

“Əsas diqqət hərbi əsirlərin mübadiləsi, humanitar yardım, regionda nəqliyyat əlaqələrinin bərpa edilməsi, habelə baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupu vasitəsilə səylər kontekstində məsələlərini müzakirəsinə ayrılıb”, - məlumatda deyilir.

Görüş zamanı Cənubi Qafqazdakı vəziyyət nəzərə alınmaqla regional və beynəlxalq gündəmin aktual məsələləri müzakirə edilib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!