Rusiya və Türkiyə xarici işlər nazirləri Ankaraya səfəri çərçivəsində Qarabağ nizamlanmasını müzakirə edəcəklər.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Türkiyə xarici işlər naziri ilə danışıqlar aparmaq üçün Ankaraya işgüzar səfər edəcək. pizza sifarişi
“Geniş spektrli məsələlər üzrə ikitərəfli əməkdaşlığın vəziyyəti və dərinləşdirilməsi perspektivlərinin müzakirəsi planlaşdırılır. Təbii ki, söhbət Qərbin Rusiyaya qarşı qeyri-qanuni sanksiyaların tətbiqi kontekstində ticari-iqtisadi əməkdaşlıqdan gedir”.
"Regional və beynəlxalq gündəliyin aktual məsələləri, ilk növbədə Ukraynadakı mövcud vəziyyət, o cümlədən Suriya, Liviya, Dağlıq Qarabağ nizamlanması, Balkanlar, Əfqanıstan, Mərkəzi Asiyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq", - deyə Zaxarova qeyd edib.
Telegram kanalımız