Lavrov və Hakan Fidan Antalyada görüşdülər

saytların hazırlanması

Evə çatdırılma

Lavrov və Hakan Fidan Antalyada görüşdülər

Siyasət

12 Aprel 2025 16:50 241


Türkiyə xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatik Forumu çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Onlar görüşdə ikitərəfli münasibətləri, Ukraynada nizamlanmanı və Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini müzakirə ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə "Türkiye Gazetesi" məlumat yayıb.

"Görüşdə ikitərəfli münasibətlər qiymətləndirilib. Energetika sahəsində əməkdaşlıq məsələləri, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi problemləri və Rusiya ilə Ukrayna arasında müharibədə atəşkəsə nail olmaq üçün səylər müzakirə edilib", - deyə mənbədən vurğulanıb. Dominos pizza

Bildirilir ki, həmçinin Suriyada cari hadisələr və Qəzza sektorunda vəziyyət müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!