Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə etdi

Dünya

13 Aprel 2021 11:45 1079


Rusiya və İran Dağlıq Qarabağda münaqişənin uzunmüddətli siyasi-diplomatik tənzimlənməsinin vacibliyini müzakirə edib və bu prosesdə region ölkələrinin oynaya biləcəyi rolu nəzərdən keçirib.

Yenisabah.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, tərəflər Rusiyanın vasitəçilik səyləri nəzərə alınmaqla Qarabağdakı vəziyyəti müzakirə edib: Dördpendirli pizza

"Biz münaqişənin fəsadlarının aradan qaldırılmasının və ümumilikdə münaqişənin Azərbaycan və Ermənistan xalqlarının maraqları çərçivəsində ədalətli əsasda uzunmüddətli siyasi-diplomatik tənzimlənməsinin vacibliyini vurğulamışıq, eləcə də region ölkələrinin bu prosesdə oynaya biləcəyi rolu nəzərdən keçirmişik". (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!