Qərb Suriyanın yeni hakimiyyət orqanlarına böyük təzyiq göstərir və onunla kobud davranır.
Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib: “Aydındır ki, Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şaraa və onun tərəfdaşları hazırda Qərbin böyük təzyiqi altındadır. Amerikalılar, avropalılar fəallaşıb və hamı Suriyadakı bütün etno-siyasi qüvvələrin birliyini qorumamağa çalışır, habelə özləri üçün daha çox nüfuz və hətta ərazi ələ keçirmək istəyir”. pizza sifarişi
Nazir Qərb siyasətçilərinin Suriya ilə bağlı bir sıra bəyanatlarını “diplomatik kobudluq” adlandırıb.
“Ona görə də belə diplomatik kobudluq adi hala çevrilir. Ukrayna hakimiyyəti belə hərəkət edir, onlarla birgə oxumayan hər kəsi təhqir edir, avropalı qonşularımız da belə hərəkət edirlər. Ümid edirəm ki, həyat onlara istisnasız olaraq bütün dövlətlərin maraqlarına hörmət etməyi və neokolonial vərdişlərdən əl çəkməyi öyrədəcək”, - deyə Rusiya XİN rəhbəri yekunlaşdırıb.
Telegram kanalımız