Lavrovla Zərif arasında kritik Qarabağ müzakirəsi

saytların hazırlanması

Evə çatdırılma

Lavrovla Zərif arasında kritik Qarabağ müzakirəsi

Dünya

07 Oktyabr 2020 08:40 1586


Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xəbərində deyilir. Qeyd edilir ki, Rusiyanın XİN rəhbəri iranlı həmkarı ilə telefon söhbətinin gedişatında Suriya və Liviyadan silahlıların Dağlıq Qarabağda münaqişəyə cəlb edilməsi təhlükəsini qeyd edib.

"Moskva və Tehranın Dağlıq Qarabağ münaqişəsi zonasında görünməmiş gərginləşmə ilə bağlı ciddi narahatlığı ifadə edilib", - nazirliyin xəbərində deyilir. Dördpendirli pizza

Suriya və Liviyadan qanunsuz silahlı qruplaşmaların münaqişəyə cəlb edilməsi təhlükəsi vurğulanıb. "Lavrov Rusiyanın həm milli potensialında, həm də ATƏT-in Minsk qrupu üçlüyü çərçivəsində bölgədə sülhün əldə edilməsi üçün intensiv səylərini qeyd edib. Nazirlər bir daha qonşu Azərbaycan və Ermənistanın oynaya biləcəyi vacib rolu vurğulayıblar", - deyə Rusiya Xarici İşlər Nazirliyində vurğulanıb. Tərəflər sonrakı əlaqələrin saxlanılmasını şərtləşdiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!